Pambıq mahlıcı isə tomat (pomidor) ixracını qabaqladı – eyni dövr ilə müqayisədə

 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 mln. ABŞ dolları və ya 25,4% artıb.

Bu barədə “İxrac icmalı”nın iyul sayında bildirilib.

Qeyd edilir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı 12,8%, pambıq iplik ixracı isə 5,2% artıb.

2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycanın ixracının dəyəri 8.8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard dollar təşkil edib

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121.9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107.9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, bu il siyahıda ilk yerdə tomat (pomidor) deyil, pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) yer alıb. Ötən ilin eyni dövründə bu ixrac - 121.9 milyon ABŞ dolları həcmində olub.  Qeyd edək ki, tomat (pomidor) ixracı da azalmayıb, əksinə artıb - 126,9 milyon ABŞ dollarınadək yüksəlib. Ötən il isə eyni dövrdə tomat (pomidor) 123.6 milyon ABŞ dolları həcmində olub.    

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN