"Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlər görülüb."

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə DƏMX-nin əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün gördüyü tədbirlərdən danışarkən bildirib.

O, qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşların etdikləri müraciətlər araşdırılır və nəticəyə uyğun müvafiq inzibati tədbirlər həyata keçirilir.

“...Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Əmək qanunvericiliyini pozan şəxslər müvafiq qaydada məsuliyyətə cəlb edilir. Lakin inzibati tədbirlərdən əvvəl işəgötürənlər arasında ardıcıl maarifləndirmə tədbirləri aparılır”, - deyə vurğulayıb.

Rəis müavini diqqətə çatdırıb ki, cari ilin 7 ayı ərzində xidmətə daxil olmiş 7.149 şikayət ərizəsi, həmçinin 3.932 sorğu araşdırılaraq cavablandırırlıb.

“2022-ci ilin yanvar-iyul ayları ərzində DƏMX tərəfindən vətəndaşlardan daxil olmuş 7.149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 3.932 sorğu araşdırılaraq cavablandırılıb. 5.272 vətəndaş fərdi qaydada qəbul edilib. Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlər görülüb. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib”- deyib.

Onun sözlərinə görə, 441 min manatdan çox gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə verilməsinə nail olunub

“2022-ci ilin ilk yeddi ayı ərzində DƏMX-nin, vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 441 min manatdan çox əməkhaqqı, müavinət və kompensasiya ödənişlərinin gecikdirildiyi müəyyən edilib və həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub”, - deyə vurğulayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN