Gürcüstan hakimiyyəti 5 il ərzində gürcü şərabının ixracında Rusiyanın payını 40%-dək endirmək niyyətindədir.

Bunu bu gün Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Levan Mexuzla KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il gürcü şərabının ABŞ-a ixracı 16% artıb.

“Bu il partnyorumuz çox yaxşı marketinq şirkəti idi və düşünürəm ki, bu bazarda ixracın artımı göz önündə olacaq", - agentliyin rəhbəri bildirib.

O, həmçinin digər bazarlarda da - Böyük Britaniya, Almaniya və Şərqi Avropada da aktiv iş aparıldığını açıqlayıb.

"Mən Polşa və Baltikyanı ölkələri nəzərdə tuturam. Düşünürük ki, təxminən beş ildən sonra Rusiyanın şərab ixracında payı 40%-ə düşəcək", - deyə Mexuzla vurğulayıb.

***

Qeyd edək ki, cari ilin 6 ayı ərzində  Gürcüstan Rusiyaya  58 milyon dollarlıq - 21 min ton şərab ixrac edib -3,5% azalma ilə.

Ötən il isə Gürcüstan yanvar-iyun aylarında Rusiya bazarına 28 milyon butulkadan çox şərab ixrac edib. Gürcüstanın Milli Şərab Agentliyinin statistikasına əsasən, Rusiya Federasiyası gürcü şərabının ən böyük idxalçısıdır.

Ukrayna gürcü şərabının alışına görə ikinci yerdədir. Ötən ilin yanvar-iyun aylarında bu ölkəyə 5,2 milyon butulkadan çox şərab ixrac edilib.

 2,8 milyon şüşə şərabın ixrac edildiyi ilk üçlüyü Polşa tamamlayır ( 31% artımla).

Azərbaycan da Gürcüstandan şərab idxal edən ölkələr sırasındadır.

Beləki, ötən ilin altı ayı ərzində Azərbaycan 133 min butulkadan çox (2020-ci  illə müqayisədə 41% çox) şərab idxal edib.

 Avqust ayında isə bu rəqəm 158 411 şüşəyədək yüksəlib.

Görünür, ölkəmizdə də gürcü şərabını sevənlər az deyil.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN