ABŞ maliyyə naziri Janet Yellen yüksək gəlirlişirkətlər və korporasiyalar üçün vergi dərəcələrinin"tarixi normalara qaytarılmalı"

olduğunu, vergiislahatlarının hökumətə zəruri investisiyalar cəlb etməküçün əlavə fiskal imkanlar yaradacağını bildirib.

TEZADLAR.AZ xəbər verir ki, Detroit səfəri zamanı iqtisadi gündəmə dair aşıqlamaverərək ABŞ prezidenti Co Baydenin iqtisadi planınınişlədiyinə diqqət yönəldən J.Yellen ABŞ-nin müasirtarixin ən sürətli iqtisadi dirçəlişlərindən biriniyaşadığını qeyd edib.

Bununla belə, qiymətlərin yüksək olamsınınamerikalıların gündəlik büdcələrini və uzunmüddətliyığımlarını daraldacağından narahat olduqlarınavurğulayan J.Yellen, inflyasiyanın səbəblərinin əsasetibarilə qlobal səciyyə daşıdırğını bildirib.

J.Yellen administrasiyanın başlıca iqtisadi prioritetinininflyasiya ilə mübarizə olduğunu təkrarlayıb.

Ən aktual problemin son iki ildə əldə edilən iqtisadiqazanclara xələl gətirmədən sabit qiymət mühitinəqayıtmaq olduğunu vurğulayan J.Yellen deyib: "uzunmüddətli iqtisadi sabitliyimizi təmin etmək üçündövlət maliyyəmizi möhkəm təməllər üzərindəsaxlamalıyıq".

ABŞ maliyyə naziri vergi qanunvericiliyində və qlobalvergi sistemində əlavə islahatların aparılmasınımüdafiə etmək üçün “İnflyasiyanın azaldılması aktı”çərçivəsində korporativ vergi islahatlarının sürətiniartıracaqlarını bildirib. "Planımıza boşluqların aradanqaldırılması, yüksək gəlirli şirkətlər və korporasiyalarüçün vergi dərəcələrinin tarixi normalara qaytarılmasıdaxildir. Bu islahatlar hökumətimizə kritik sərmayələrcəlb etmək üçün əlavə fiskal imkanlar yaradacaq və hərkəsin öz ədalətli payını ödəməsini təmin edəcək".