Azərbaycana 9 ay ərzində idxal edilən buğdanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, cari  ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 262 066,4 ABŞ dolları dəyərində 744 200,35 ton buğda idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 43,4%, həcmi isə 7,9% artıb.

***

Qeyd edək ki,  iyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat (təqribən 410 dollar- red) olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən aparılan hesablamaya görə, bir ton buğdanın idxal qiyməti 2021-ci ilin  yanvarında 254 dollar (431 manat 68 qəpik- red) ikən, 2022-ci ilin yanvarında 347 dollar (589 manat 73 qəpik-red) təşkil edib.

Beləliklə, taxılın idxal qiyməti 2021-ci ilin yanvarından 2022-ci ilin iyulunadək  təqribən 156 dollar, yəni 266 manat civarında bahalaşıb. Cari ilin yanvar ayından isə təqribən 108 manat ( 63 dollar civarında) bahalaşıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN