Bu ilin yanvar-iyun ayları ərzində bankların kredit portfeli 10% (1.7 mlrd. manat) artaraq 18.3 mlrd. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının cari yarımillik Maliyyə Sabitliyi Hesabatında bildirilir.

Bütövlükdə, kredit portfelinin dinamikası ilə iqtisadi aktivliyin dinamikası arasında korrelyasiyanın yüksək olduğu bildirilir.

Təhlillər göstərir ki, kredit portfelinin illik artım tempi 2016-cı ildən bu yana ən yüksək səviyyəsinə çatıb. Həm biznes, həm də ipoteka portfeli üzrə illik artım tempi son illərin maksimumundadır. İstehlak portfeli üzrə illik artım tempi yüksək olsa da, 2019-cu il səviyyəsindən aşağıdır.

Sektor üzrə kredit portfelinin 57.2%-i biznes kreditləri, 28.3%-i istehlak kreditləri, 14.5%-i isə ipoteka kreditləri təşkil edir.

2022-ci ilin birinci yarımili ərzində biznes kreditləri portfelinin həcmi 7.6% (742 mln. manat) artaraq 10.5 mlrd. manat təşkil edib. Yarım il ərzində ipoteka portfeli 10.3% (248 mln. manat) artaraq 2.6 mlrd. manata çatıb. İpoteka portfelində baş verən artım əsasən dövlət ipoteka proqramı hesabına təmin edilib. Dövr ərzində istehlak kreditləri portfeli 14.9% (671 mln. manat) artaraq 5.2 mlrd. manata çatıb.

Tezadlar.az 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN