2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi rayonlarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün, noyabrın 5-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi zamanı bildirilib.

Müşavirədə qeyd edilib ki,monitorinqlər nəticəsində şimal-şərq regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 300-ə yaxın hal aşkar edilərək sənədləşdirilib.

Vurğulanıb ki, bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 271 inzibati protokol tərtib edilib, 121 min manat məbləğində cərimə tətbiq olub.

***

Xatırladaq ki, yerli icra hakimiyyətlərinin məlumatına əsasən, 2016-2021-ci illər ərzində 43 rayon (şəhər) üzrə 1.337 hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 254.135 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq geri qaytarılaraq təkrar istifadəyə verilib.

Səmərəsiz istifadə olunan 252.487 hektara yaxın örüş-otlaq sahəsinin təyinatı Nazirlər Kabinetinin müvafiq qərarları ilə dəyişdirilib. Həmin ərazilərin 239.568 hektarı 51 aqroparkın, 24 iri təsərrüfatın və 38 digər hüquqi və fiziki şəxslərin icarəsinə verilib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN