NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq,

Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəniz dəhlizinin yenidən bağlanması riskləri hələ də qalmaqdadır.

O, qeyd edib ki, münaqişə davam etdikcə belə risklər davam edir.

"Aclıqla mübarizə aparmaq üçün Ukraynadan dünya bazarlarına taxıl çatdırmaq lazımdır. Taxıl sövdələşməsi bu baxımdan son dərəcə vacibdir".

Stoltenberq bu barədə Türkiyənin "Habertürk" telekanalına müsahibəsində deyib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiay “taxıl sazişi”ni dayandırdığını bildirmiş və Qara dəniz dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına dair şərt irəli sürmüşdü. Daha sonra bu taxıl tədarükü BMT və Türkiyənin vasitəçiliyi – Prezident Rəcəb Tayyib Ərdoğan  sayəsində yenidən qüvvəyə minib. Qeyd edək ki, Rusiya Qara dəniz dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına dair Ukrayna tərəfdən yazılı zəmanət alıb və daha sonra taxıl sazişində iştirakını bərpa edib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN