“Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərimiz üçün geniş vergi güzəştləri nəzərdə tutulur. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi də təklif olunur.

Qarabağ və Şərqi Zəngəzurda gələn ildən hansı vergi güzəştləri olacaq?
Bunu millət vəkili Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərimizdə tərtib ediləcək vergi güzəştlərindən danışarkən bildirib.

O, qeyd edib ki, Məcəlləyə təklif edillən 19-cu fəsilə əsasən, işğaldan azad edilmiş ərazilərimizin sakinləri (rezidentləri) 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar.
"Yəni, məskunlaşmadan sonra orada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız praktik olaraq mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergiləri ödəməyəcəklər.

İşğaldan azad edilmiş ərazilərimizin rezidentləri tərəfindən təsdiq olunmuş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı növbəti yanvar ayından etibarən 10 il müddətində ƏDV-dən azad olunacaqlar. Eyni zamanda, iİşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri də 10 il müddətində vergi ödəməyəcəklər", - deyə millət vəkili açıqlayıb.

Onun sözlərinə görə, ƏDV-ni geri qaytarmaq üzrə də xüsusi güzəştlər nəzərdə tutulub.
"Belə ki, istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.

2033-cü ilədək nəzərdə tutulan vergi güzəştləri kifayət qədər təqdirə layiqdir və bu işğaldan azad olunan ərazilərimizdə sərmayə cəlbini, fərdi sahibkarlığı və eləcə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək", - Vüqar Bayramov açıqlayıb. 
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN