Stavropolun peşəkar təhsil müəssisələrinin tələbələri Rusiya ordusunun ehtiyacları üçün  paltar, yataq torbaları tikəcək, həmçinin  “burjuyka-sobalar” hazırlayacaqlar.

Stavropol ölkəsinin təhsil nazirliyinin mətbuat xidməti artıq bunun sınaqdan keçirildiyini də bildirib.

"Qubernator (Vladimir Vladimirov - red) bu məsələni paltar tikmək üçün avadanlıqları olan təhsil müəssisələri ilə həll etmək barədə  tapşırıq verdi”, - deyə Stavropol ölkəsinin təhsil naziri Yevgeniy Kozur açıqlayıb.

O, qeyd edib ki, mövcud avadanlığı sınaqdan keçirərək 40 qalın köynək, 100 dəst termo alt paltarı, 30 balaklav (baş geyimi) hazırlayıblar.

 Kozur əlavə edib ki, “İndi regional çoxşaxəli kollecimiz əsgərlərin çadırlarını qızdıracaq 7 burjua sobası da istehsal edib".

Onun sözlərinə görə, xüsusi geyimlərin istehsalı üçün zəruri olan avadanlıqlar bölgənin yüngül sənaye üçün mütəxəssis hazırlayan beş tədris müəssisəsi üçün əlçatandır.

Qeyd edək ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədər qismən səfərbərlik elan edib. 100 minlərlə şəxs orduya cəlb olunub.

KİV-də gedən məlumatlara görə, Ukraynaya döyüşə göndərilən əsgərlər həm isti geyim, həm də ərzaq sarıdan korluq çəkir. Bu barədə jurnalist Roman Tsımbalyuk da yazmışdı. O,  diviziyalardan birində (adını dəqiq göstərmişdi) isti paltar çatışmazlığından ayaqları donmuş xeyli sayda hərbçinin olduğunu da bildirmişdi...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN