Bu gün qazaxıstanlı deputatlar Qazaxıstanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasındakı kreditlə bağlı müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsini qəbul ediblər.

Bu, Covid-19 pandemiyasından sonra ölkə  iqtisadiyyatının bərpasına yönəldiləcək.

Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubaev bildirib ki, kredit vəsaiti respublika büdcəsinin kəsirini maliyyələşdirməyə və sosial-iqtisadi vəziyyətin anti -koronavirus tədbirləri çərçivəsindəki sabitliyin dayanıqlığını təmin etmək məqsədi daşıyan tədbirlər toplusuna sərf olunacaq.

" BYİB  345,7 milyon avro məbləğində olan krediti Qazaxıstana 2,5 illik güzəşt müddəti də daxil olmaqla 11,5 il müddətinə verilir”, - deyə nazir açıqlayıb.

Saziş vahid tranş şəklində qüvvəyə mindikdən sonra kredit vəsaiti ayrılacaq.

 Parlamentin qəbul etdiyi qanun layihəsini Qazaxıstan prezidenti imzayacaq.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN