“Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşa görə müavinət deyil, pensiya ala biləcəklər.”

***

“Əmək Pensiyaları” haqqında Qanuna yeni dəyişiklik layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Çoxsaylı sulları nəzərə alaraq qeyd etmək istərdim ki, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir.

 Bunu millət vəkili Vüqar Bayramov bildirib.

 Bu dəyişiklik pensiyaçılara nə vəd edir? 

 Millət vəkili qeyd edib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq,  fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

 Onun sölərinə görə, yeni dəyişikliklər nəticəsində pensiya amnistiyası uzadılacaq.

  “Pensiya amnitsiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatıırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.

Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək, hətta 1 manat pensiya kapitalına malik olubsa, o zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır”, - deyib.

Vüqar Bayramov vurğulayıb ki, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq, vəsaiti olanlar pensiya almaq hüququna malik olacaqlar.

O, pensiyaçıların ən kiçik məbləğdə pensiya kapitalına malik osalar belə pensiya ala biləcəklərini nəzər çatdırıb:

 “Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”, - deyə diqqətə çatdırıb.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN