Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin onuncu ayında “Qazprom” 2022-ci ilin yanvar-noyabr aylarında MDB-dən kənar ölkələrə qaz ixracını 44,5% və ya 76,3 milyard kubmetr azaldıb.

“Qazprom”un məlumatına görə, bu müddət ərzində Rusiya qaz monopoliyası 376,9 milyard kubmetr qaz hasil edib ki, bu da ötən illə müqayisədə 19,4% (90,8 mlrd. kubmetr) azdır.

Şirkətin qaz nəqli sistemindən daxili bazarda qaza tələbatı 11 ay ərzində 5,7% (12,8 milyard kubmetr) azalıb.

MDB-dən kənar ölkələrə qaz ixracı 95,2 milyard kubmetr təşkil edib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 44,5% (76,3 milyard kubmetr) azdır. Bununla yanaşı, "Sibirin Gücü" qaz kəməri ilə Çinə qaz ixracı da artır, - "Qazprom" bildirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN