Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin onuncu ayında Aİ ölkələri Rusiya xam neftinin qiymətinin bir barel üçün 60 dollar həddinə qaldırılmasını müzakirə edirlər.

Bloomberg-in xəbərinə görə, müzakirə blok üzvləri ilə G7 arasında razılığın əldə olunmasına kömək etməlidir, çünki Rusiya neftinin qiymətlərinin hansı səviyyədə məhdudlaşdırılmasına dair danışıqlar ötən həftədən bəri dayanıb.

Materialda deyilir ki, əksər ölkələr bir barel üçün 60 dollara hazırdır, çünki bu limitin məqsədi Moskvanın gəlirlərini məhdudlaşdırmaqla yanaşı, qlobal qiymət artımının qarşısını almaq üçün Rusiya neftinin axınını saxlamaqdır.

Lakin materialda deyildiyi kimi, qiymət həddi çox aşağı olarsa, Moskva hasilatı bağlaya bilər ki, bu da dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN