Bu ilin yanvar-noyabr aylarında Xəzər dənizində, Ural və Kiqaç çaylarında 14 min tona yaxın balıq ovlanıb.

 Qazaxıstan mətbuatının məlumatına görə, bunu Qazaxıstan hökumətinin iclasında çıxış edərkən Atırau vilayətinin icra hakimiyyətinin başçısı Serik Şapkenov deyib.

Onun sözlərinə görə, balıqların 13,2 min tonu emal olunub, 12,7 min ton məhsul isə Rusiya, Azərbaycan, İsrail və digər ölkələrə ixrac edilib.

"Atırau vilayətində balıq ehtiyatlarının qorunması və çoxaldılması üçün bir sıra tədbirlər həyata keçirilir", - Serik Şapkenov bildirib.

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN