Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin onuncu ayıdır.

Avrozonada qiymətlərlə bağlı proqnozlar və reallıq isə heç də sevindirici deyil...

Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filipp Leyn İtaliyanın “Milano Finanza” qəzetinə verdiyi açıqlamada inflyasiyanın 2023-cü ilin yayına qədər əhəmiyyətli dərəcədə azalacağının proqnozlaşdırıldığını, lakin buna baxmayaraq,  2%-dək hədəf səviyyəyə qayıdışın tezliklə baş verə bilməyəcəyini də vurğulayıb.

"İnflyasiyanın zirvəsinə çatdığı qənaətinə gəlmək hələ tezdir, lakin əminliklə deyə bilərəm ki, biz pik nöqtəsinə yaxınıq. Bununla belə, pik həddə çatıb, yoxsa 2023-cü ilin əvvəlində çatacaq, hələ də məlum deyil", - Leyn deyib.

Onun sözlərinə görə, əsas qeyri-müəyyənlik qaz qiymətlərində böyük volatilliyin olması ilə bağlıdır.

"Yəqin ki, bahar və ya yay aylarında inflyasiyada ciddi bir yavaşlama müşahidə edə bilərik. Bununla belə, onun tempini AMB-nin 2%-lik hədəf səviyyəsinə endirmək üçün vaxt lazımdır", - Leyn bildirib.

O, inflyasiyanın 2023-cü ildə 6-7%-ə qədər səngiyə biləcəyindən danışarkən "Məzənnələrin artımı nəticəsində zəifləmə qiymətlərin artım tempini təxminən bu həddə çatdıracaq və ləngimə gələcəkdə də davam edəcək. Biz faiz dərəcələrinin daha da artırılmasının tələb olunacağını gözləyirik”” , -deyə əlavə edib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq, martın 8-də Ağ Ev Rusiyadan ABŞ-a bütün neft, qaz və enerji idxalına qadağa qoyub.

Amerikalılarla yanaşı, avropalılar da yaşayış qiymətlərində xeyli artım hiss edirlər. Avrozonada qiymətlər artmağa başlayıb.

Cari ilin 16 sentyabrında isə Avrozonada inflyasiya bütün zamanların ən yüksək səviyyəsinə yüksəldi.

Hələ ki, Avrozona bu çətin imtahandan çıxmağa çalışır.

Müharibənin isə təəssüf ki, sonu görünmür...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN