Ötən il  meyvə-tərəvəz ixracı 630,4 milyon ABŞ dolları gəlir gətirib

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17% artıb.  2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib. Hansı ki, bu dövr ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 1 729,3 min ton tərəvəz istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 23,1 min ton və ya 1,3 faiz artım deməkdir. Lakin hesabat dövründə 65,2 min hektar sahədə tərəvəz əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,1 faiz azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin 8 ayında 408,2 milyon dollarlıq - 383,4 min ton meyvə-tərəvəz ixrac edilib. 2021-ci ilin eyni dövründə isə dəyəri 364,6 milyon dollar olmaqla 393,9 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki,  cari ilin ilk 10 ayında tərəvəz yığımında məhsuldarlıq 265 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 14 sentner və ya 5,6 faiz çoxdur.

Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb. 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. İxracda pomidor (tomat)  - 160,2 milyon ABŞ dollar olmaqla üçüncü yerdə qərarlaşıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN