"Rosselxoznadzor”un yaydığı məlumata görə, Azərbaycana Rsiyanın Rostov vilayətindən 119 tondan çox dondurulmuş balıq və balıq məhsulları göndərilib.

Qeyd edək ki, Azərbaycan  təkcə balıq idxalatçısı deyil, həm də ixracatsıdır. Lakin təəssüf ki, ölkəmizdə balıq istehsalı azalmağa doğru gedir... Və bunun bir çox səbəbləri var.

  Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı da bir müddət əvvəl bildirib ki, ölkəmizdə balıq və balıq məhsullarının istehsalı 3 il əvvəllə müqayisədə təxminən 15 faiz artsa da, 6 il əvvələ nisbətən azalma var.

Onun sözlərinə görə, artımın əsas səbəbi təbii amillər, eyni zamanda insanların bu sahəyə daha çox meyil göstərməsidir.

“Yerli istehsalçılar bazarda Rusiya məhsullarının yerini tutmağa çalışırlar. İstehsalın azalmasının əsas səbəbi isə Kür çayının səviyyəsinin aşağı düşməsidir. Artıq ikinci ildir ki, Kür çayının suyunun azalması və daha ağır fəsadlara səbəb olan suyun duzlaşması ilə əlaqədar böyük balıqçılıq təsərrüfatları ciddi problemlərlə üzləşirlər. Kür çayının mənsəbinə yaxın ərazidə yerləşən damazlıq təsərrüfatları, inkubasiya sexləri, əsasən sürfə satışı ilə məşğul olan müəssisələr fəaliyyətlərini dayandırmağa məcbur olurlar. Bu səbəbdən də çəkikimilərin yetişdirilməsi üzrə azalma müşahidə olunur”, - deyə o, bildirib.

Mütəxəssis Azərbaycanda forelin illik istehsal həcminin 500 tonu keçmədiyini və bunun  çox aşağı rəqəm olduöunu vurğulayıb.

O, məsələnin həlli yolunu subsidiyalaşma da görür. Subsidiyalaşma olarsa, yaxın 3 ildə forelin istehsal həcminin 2500 tonu adlaya biləcəyini deyir.

Zaur Salmanlı ötən il Rusiyaya forel ixrac etməyimizə də diqqət çəkib.

“Azərbaycan tarixində ilk dəfə olaraq, 2021-ci ildə Rusiyaya əlvan forel ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu il balıq və xərçəngkimilər, molyuskalar və digər su onurğasızları üzrə ixracın dəyəri 1.392.59 min dollar (ümumi ixracın 0,01 faizi), idxalın dəyəri isə 27.058.64 min ABŞ dolları (ümumi idxalın 0,23 faizi) təşkil edib”, - deyib.

O, həmçinin hazırda ölkəmizdə adambaşına düşən illik balıq və balıq məhsullarının istehlak səviyyəsinin  6-7 kq təşkil etməsinə də diqqət çəkib. Və bildirib ki, Azərbaycanda istehlak səviyyəsinin artırılması imkanlarının mövcudluğunu nəzərə alsaq, adambaşına düşən istehlak səviyyəsi 8 kq olduğu halda, əlavə olaraq, 10 min ton balıq və balıq məhsuluna tələbat yaranar.

Əlbəttə, Azərbaycan istehlakçılırı da arzu edir ki, balıq məhsullarının qiyməti onlar üçün əlçatan olsun və yerli istehsal artırılsın ki, bu, qiymətlərə də təsir edə bilsin. Çünki bu gün satan da narazıdır, alan da…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN