Bu il Ukraynanın aqrar sektoru logistik problemlər səbəbindən təxminən 10 milyard dollar itirə bilər.

“Aqrar iqtisadiyyat İnstitutu” Milli Tədqiqat Mərkəzinin eksperti Aleksandr Zaxarçuk bildirib ki, yalnız dəniz limanlarını bağlamaq və ixrac daşımalarının logistikasını dəyişdirməklə fermerlər 7,5-8 milyard dollar itirə bilərlər.

Fermerlər keçən ilki satılmamış taxılın dəyərindən 0,5 milyard dollar, məhv edilmiş və ya ələ keçirilən taxıl elevatorlarının dəyərindən əlavə 1,3 milyard dollar itiriblər.

"Ümumilikdə bu, 9,3-9,8 milyard dollar və ya aqrar müəssisələrin 2020 və 2021-ci illərdə əldə etdiyi demək olar ki, ümumi mənfəətdir", - deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı üçün məhsulun daşınması tarifləri və onun saxlanmasına çəkilən xərclər problemi ən aktualdır. Təkcə 2022-ci ilin yanvar-fevral aylarında dəmir yolu ilə daşıma tarifləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15-20% artıb.

"Dəmir yolu logistikasının dəyərinin daha da artması - taxıl yükü tariflərinin 2022-ci il iyunun 29-dan daha 70% artırılması  fermerlər üçün əlavə xərclərə gətirib çıxardı ki, bu da ildə 120 milyon dollar qiymətləndirilir", - Zaxarçuk bildirib.

O, ümumilikdə, limanların blokadasının başlanması ilə ixrac strukturunda logistika xərclərinin 5-7 dəfə artaraq 1 ton taxıl üçün 180 dollara çatmasını da diqqətə çatdırıb.

Alim bildirib ki, logistikanın belə dəyərini nəzərə alaraq, taxıl istehsalçıları məhsulu artıq maya dəyərindən aşağı satmaq məcburiyyətində qalırlar və orta hesablamalara görə, tarlada 1 ton buğdanın maya dəyəri 100-120 dollar/tona enmək məcburiyyətində qalıb, hansı ki, hər tonunun maya dəyəri ən azı 120-150 dollar  təşkil edir.

Zaxarçukun qeyd etdiyi kimi, 2022-ci ildə tədarük ehtiyatları nəzərə alınmaqla ən azı 50 milyon ton taxıl və 15 milyon ton yağlı bitkilərin yığılması nəzərdə tutulduğundan, ən azı 15-20 milyon ton elevator tutumlarının çatışmazlığı gözlənilir. 

Bu, həmçinin məhsul üçün müvafiq saxlama şəraitinin olmaması səbəbindən də əhəmiyyətli itkilərə səbəb ola bilər.

***

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində ölkənin kənd təsərrüfatı sektoruna da ağır zərbə dəyib. Ukraynanın həm əkinə yararlı torpaqlarının böyük bir hissəsi becərilmir, həm də ölkədən məhsul ixracı da çətinləşmişdi. Dünyanın bir çox ölkələri aclıqla, ərzaq böhranı ilə üz-üzə idi. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyi sayəsində - Türkiyənin təminatçılığı, Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə cari ilin iyulun 22-də Rusiya və Ukrayna arasında taxıl və digər ərzaq məhsullarının təhlükəsiz şəkildə limanlardan çıxarılması üçün dəniz dəhlizinin yaradılması haqqında anlaşma imzalandı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN