Qeydiyyatın aktiv fazasına baxmayaraq, Gürcüstanda sahəsi bir milyon hektardan çox olan torpaq sahələrinin sahiblərinin kimliyi naməlum olaraq qalır.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.

 “Bu gün bizdə belə bir məlumat var ki, təxminən bir milyon hektar ərazidə mülkiyyətə sahib olanların kimliyi məlum deyil. Sistemli torpaq qeydiyyatı layihəsi istər fərdi şəxs, istər dövlət, istərsə də rayon olsun, bütün mülkiyyətçilərin kimliyini müəyyənləşdirmək və onilliklər ərzində ölkəmizi narahat edən problemi həll etmək məqsədi daşıyır”, - deyə Breqadze bildirib.

Hökumətin bildirdiyinə görə, hakimiyyət orqanlarının əsas vəzifəsi torpaqların ilkin qeydiyyatını 2024-cü ilə qədər başa çatdırmaqdır. Torpaq mülkiyyətçilərinin hüquqlarının müdafiəsi məqsədilə 2016-cı il avqustun 1-dən torpaqların qeydiyyatı prosedurları sadələşdirilib.

Fermerlərin dövlətdən müavinət alması üçün isə kənd təsərrüfatı torpaqlarının qeydiyyata alınması əsas şərtdir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN