Pivə zavodları bağlanır...

Enerji qiymətlərinin artması Almaniyada bir sıra pivə zavodlarının bağlanmasına gətirib çıxarıb ki, bu da içkinin istehsalını rentabelsiz edir.

Hətta proqnozlara görə, yaxın vaxtlarda bir bakal pivə altı avroya başa gələcək ki, bu da istehlakın azalmasına və müəssisələrin bağlanmasına səbəb olacaq.

 “Bild” yazır ki, pivə zavodları qeyd edilən səbəbə görə içkinin qiymətini qaldırmağa məcburdur. Belə ki, Federal Statistika İdarəsinin məlumatına görə, son bir ildə Almaniyada pivənin qiymətləri artıq 9% artıb.

“Pabda (Pab-  Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkana deyilir- red) bir fincan pivə üçün altı avro - bizim sənayemizin sonudur”, - “Dinkelacker” pivə zavodunun direktoru Kristian Dinkelaker narahatlığını dilə gətirib.

Sahibkarın müşahidələrinə görə, artıq alman barlarına gələnlərin sayı azdır. Lakin pivə istehsalçıları qiymətləri əvvəlki qaydada saxlaya bilmirlər, çünki əksər pivə zavodları qazla çalışır və buna görə də daha çox pul ödəməlidirlər.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN