Bir vaxtlar Rusiya vətəndşları üçün qayda hazırlayan və bu sənədi imzaladıqdan sonra onların adına hesab açan  Gürcüstanın ən böyük banklarından biri olan "Bank of Georgia" Rusiya və Belarus vətəndaşlarının hesablarını bağlayıb.

“Bank of Georgia”nın (BOG) rəsmi nümayəndəsi Rusiya vətəndaşlarının hesablarını məcburi şəkildə bağladığını təsdiqləyib.

Gürcüstan mətbuatının yaydığı məlumata görə, bir neçə gün əvvəl internetdə onlarla Rusiya və Belarus vətəndaşının BOG-da hesablarının bağlanması ilə bağlı məlumatlar yayılıb, lakin “Bank of Georgia”dan hesabların hansı səbəbdən bağlanması ilə bağlı hələlik açıqlama verilməyib.

***

 

Xatırladaq ki, mart ayında “Bank of Georgia” Rusiya vətəndaşları üçün qaydalar  hazırlamışdı.

Həmin qaydalara görə, bu bankda hesab açmadan əvvəl Rusiya vətəndaşları aşağıdakı sənədi imzalamağa dəvət olunurdu:

 

1.Mən Rusiyanın Gürcüstan və Ukraynaya təcavüzünü pisləyirəm.

2.Razıyam ki, Rusiya 2008-ci ildə Gürcüstanı, 2014 və 2022-ci illərdə Ukraynanı işğal etmiş işğalçıdır.

3.Mən Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirəm, Abxaziya və Samaçablonu Gürcüstanın bir hissəsi kimi tanıyıram.

4.Mən Rusiyanın dövlət təbliğatını bölüşmək istəmirəm və onunla mübarizə aparmağa kömək etməyə hazıram,

5.Mən başa düşürəm ki, bu şərtlərin hər hansının pozulması “Bank of Georgia”dakı hesabıma xitam verilməsi ilə nəticələnəcək.

***

Yəqin ki, bankı son addımı atmağa rəvac verən səbəbləri var.  Və bu barədə açıqlama verəcək.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN