Tacikistan hidroenergetika resursları baxımından zəngin ölkədir və bu, Azərbaycan üçün faydalı ola bilər.

Bu fikri Tacikistanda nəşr olunan “İktisodçi” jurnalının baş redaktoru Fəridun Usmonov Azərbaycan və Tacikistan arasında inkişaf edən iqtisadi əlaqələrin səmərəliliyindən bəhs edərkən deyib. 

O, vurğulayıb ki, hazırda Tacikistan alüminium zavodu Azərbaycandan alüminium oksidi alıb, istehsal etdiyi məhsulu Azərbaycan vasitəsilə üçüncü ölkələrə göndərir və bu baxımdan, Bakı Tacikistan məhsullarının dünya bazarlarına çıxışı üçün loqistika mərkəzi kimi çıxış edir.

“Tacikistan hidroenergetika resursları baxımından zəngin ölkədir və bu, Azərbaycan üçün faydalı ola bilər. Orta Asiyanın su ehtiyatlarının təxminən 60%-i Tacikistanda yerləşir”, -deyə bildirib.

Usmanov Azərbaycanın neft hasilatı, eyni zamanda emalı sahəsində böyük təcrübəsinin olmasını, həm də bu sahədə kifayət qədər güclü oyunçu olduğunu da diqqət çatdıraraq, Azərbaycan şirkətlərinin neft hasilatı sahəsindəki təcrübəsinin Tacikistan üçün faydalı olacağını da deyib.

O, həmçinin ölkəmizin İT şirkətlərinin təcrübəsinin də, Tacikistanın Azərbaycanın sərmayə qoymasında və müxtəlif iqtisadi layihələrin, xüsusən də hidroenergetika sahəsində kiçik və böyük su-elektrik stansiyalarının tikintisinin qarşılıqlı faydalı şərtlərlə birgə həyata keçirilməsində maraqlı olduğunu da qeyd edib.

***

  Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Hər iki ölkə arasında hərtərəfli əlaqələr dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev 2018-ci ildə MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının toplantısında iştirak etmək üçün Tacikistan Respublikasına səfər edib. Elə həmin ildə də Tacikistan Prezidenti Emoməli Rahmonov Azərbaycana rəsmi səfərdə olmuşdu.

 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin gələn il Tacikistana səfər edəcəyi gözlənilir.  Bu barədə Prezident İlham Əliyev ötən ay ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı bildirib.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN