Çin yanvarın 8-dən etibarən ölkəyə səfər edənlər üçün karantin şərtlərini aradan qaldıracaq.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

O, diqqətə çatdırıb ki, məhz həmin tarixdən sonra Çinə səfər edənlər karantinə alınmayacaqlar. “İqtisadi təsirlərinin minimumlaşdırılması məqsədi ilə Çin “Sıfır COVİD” prinsipindən praktik olaraq əl çəkir. Səfərdən 48 saat öncə neqativ COVİD test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər”, -deyib.

 Vüqar Bayramov Çinin bu addımının qlobal iqtisadi artıma təsirsiz ötüşməyəcəyini bildirib.

“Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla, 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur”, -deyib.

 O, həmçinin ölkəmizin əsas iqtisadi tərəfdaşlarından olan Çinin, karantin qaydalarını ləğv etməsinin  Azərbaycanlı sahibkarların ticarətinə də stimul verəcəyini vurğulayıb  

“Çin ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Ötən il ticarət dövriyyəmiz 1.7 milyard dollardan çox olub. Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək”, - deyib.

 ***

Qeyd edək ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır və son 20 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 34 dəfə artıb.

1995-ci ildən bəri Çindən Azərbaycana təqribən 900 milyon dollar, Azərbaycandan Çinə isə təqribən 1.3 milyard dollar həcmində investisiyalar yatırılıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN