Hökumət inflyasiya ilə mübarizə etmək üçün bəzi ərzaq məhsullarının əlavə dəyər vergisini ləğv edir, ƏDV-ni azaldır 

İspaniyanın Baş naziri Pedro Sançes ötən gün keçirdiyi mətbuat konfransında inflyasiya səbəbindən yaşayış minimumunu azaltmağa yönəlmiş təxminən 10 milyard avro dəyərində tədbirlər paketini açıqlayıb.

Bu barədə AFR xəbər yayıb.

İspaniya hökumətinin tədbirləri ilk növbədə əsas ərzaq məhsulları - çörək, süd, yumurta, pendir, meyvə, tərəvəz və dənli bitkilər üzrə 4% əlavə dəyər vergisinin ləğvini nəzərdə tutur. Bundan əlavə, kərə yağı və makaron məhsullarının ƏDV-si iki dəfə azalacaq - 10%-dən 5%-ə qədər.

Həmçinin İspaniyanın baş naziri ərzaq qiymətlərini kompensasiya etmək üçün gəliri 27 min avrodan aşağı olan ailələrə 200 avro məbləğində birdəfəlik ödəmə elan edib. Bu ödəmə ölkə büdcəsinə təxminən 4,2 milyon avroya başa gələcək.

İspaniya hökuməti, həmçinin elektrik enerjisi və qaz qiymətlərində endirimin və ictimai nəqliyyatda mövsümi biletlərin altı ay müddətinə uzadılması və həssas ailələrə enerji təchizatının azaldılmasına qoyulan qadağanın 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN