Nar yetişdirən fermer Vüqar Xəlilov məhsulu dünya bazarına çıxara bilməməsindən şikayətçidir.

O, internet vasitəsilə Hollandiyada, İngiltərədə, hətta Kanada da alıcılar tapıb, amma...

Fermer bildirib ki, problem Aİ-nin fərqli tələb və standartlar tələb etməsindədir və bunun üçün mütləq “Global GAP” sertifikatı tələb olunur.

Qurumun rəhbəri Fərhad Qaraşov KİV-ə açıqlamasında bildirib ki, nar ixracatçıları “Global GAP” sertifikatı almaq üçün müəyyən şərtlərə əməl etməlidirlər.

Onun önə çəkdiyi şərtlər isə əsasən bunlardır: Aİ-nin tələblərinə görə “Global GAP” sertifikatı ildə bir dəfə verilir və narın tərkibi ilə bağlı müxtəlif analizlərin nəticələri təhlükəsizliyi, normaları təsdiqləməlidir, daha sonra nar becərən fermerlər kooperativlərdə birləşməlidirlər.

 Fərhad Qaraşov kooperativləşmənin də üstünlüyünü fermerlərin kooperativ halında birləşərək vahid aqrotexniki qulluq proseslərini həyata keçirməsi ilə izah edib.

 Və yalnız bu halda fermerlər sertifikat ala bilər və məhsullarının Avropa bazarına bağlı qalan yolları açıla bilər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN