Bizim gübrələrin tərkibindəki xam maddələrin 40-98 faizi yerli məhsuldur.

Ona görə də məhsullarımızın maya dəyəri ölkəyə gətirilən gübrələrdən qat-qat aşağı, keyfiyyəti isə onlarla eyni olur.

Bunu “Humix” MMC-nin təsisçisi Etibar Ağalar deyi sənaye məhəlləsinin rezedenti olmağın üstünlüklərindən bəhs edərkən bildirib.

“Sabirabad Sənaye Məhəlləsinin rezidenti olmaq bizə çox üstünlüklər verib və Sənaye məhəlləsində bizim üçün 1.800 kvadrat metrlik, çox gözəl şəraiti olan istehsalat sahəsi ayrılıb. Biz oraya avadanlıqlarımızı gətirib quraşdırmışıq və fəaliyyətə başlamışıq. Həmin sahəyə görə simvolik məbləğdə, real bazar dəyərindən qat-qat aşağı icarə haqqı ödəyirik. Bundan əlavə, yeddi il müddətində müxtəlif vergilərdən qismən azad edilmişik. İqtisadiyyat Nazirliyinin bizə verdiyi investisiya təşviqi sənədi texnika, texnoloji avadanlıq və qurğuların idxalının 7 il müddətinə gömrük rüsumlarından azad olmasına imkan verir. Yəni biz 1 milyon manat dəyərində avadanlığı Azərbaycana sıfır dərəcə rüsumla idxal edə bilərik”, -deyə sahibkar diqqətə çatdırıb.

Xatırladaq ki, ötən il “Humix” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib və beləliklə sənaye məhəlləsinin iştirakçılarının sayca səkkizincisi olub.

İqtisadiyyat Nazirliyi bildirmişdi ki, yeni rezident Sabirabad Sənaye Məhəlləsinin ərazisində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr istehsal edəcək. İstehsal sahəsində 10 nəfər işlə təmin olunacaq.

20,3 hektar ərazini əhatə edən Sabirabad Sənaye Məhəlləsində - yun tədarükü, heyvan yemi, hibrid toxum istehsalı, bal və arıçılıq məhsullarının istehsalı və qablaşdırılması, yuyucu və təmizlik vasitələrinin istehsalı və qablaşdırılması və sair sahələr üzrə rezidentlər qeydiyyata alınıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN