Taxıl müqaviləsi bağlanandan bəri dəniz humanitar dəhlizi vasitəsilə 17 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.

Bu barədə Türkiyənin şimalındakı Tokat şəhərində çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Veriliş TRT kanalı tərəfindən yayımlanıb.

"Taxıl dəhlizinin istismarı zamanı Türkiyənin koordinasiyası və dəstəyi ilə təxminən 17 milyon ton taxıl ixrac edilib", - türkiyəli nazir bildirib.

Ukraynadan ərzaq ixracına dair müqavilələr 22 iyul 2022-ci ildə İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri ilkin olaraq noyabrın 19-dək qüvvədə olub və Kiyevin nəzarətində olan Odessa, Çornomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyirdi. Noyabrın 17-də müqavilələrin müddəti daha 120 gün uzadılıb. Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, sövdələşmədə iştirak edən tərəflərin (Rusiya, Ukrayna, Türkiyə, BMT) etirazı olmadığı üçün sövdələşmə avtomatik olaraq uzadılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN