Qazaxıstanda əhalinin gözlədiyi inflyasiya ilə bağlı təxminlər artıb.

Qazaxıstan Milli Bankın məlumatına görə, illik ifadədə inflyasiya 20,3%-ə çatıb.

Milli Bankın rəhbəri Qalımjan Pirmatov qazaxıstanlılar arasında yüksək inflyasiya gözləntilərinin formalaşmasına nəyin səbəb olduğunu deyib. “Əhalinin inflyasiya gözləntiləri yüksək səviyyədə qalmaqda davam edir. 2022-ci ilin dekabrında əhalinin gözlədiyi inflyasiya ilə bağlı median təxminlər 21,3%-ə yüksəlib”, - deyə Qalımjan Pirmətov hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, ümumilikdə 2022-ci ilin dekabrında aylıq inflyasiyanın 1,2%-ə qədər bir qədər səngiməsinə baxmayaraq, bu, hələ də son 5 il ərzində orta illik dəyərləri - dekabrda 0,7%-i əhəmiyyətli dərəcədə üstələyir.

İllik ifadədə inflyasiya 20,3%-ə çatıb. Bu, illik ifadədə 25,3%-ə çatan ərzaq qiymətlərindəki artımla davam etdi.

O, əlavə edib ki, qeyri-ərzaq inflyasiyası da 19,4%-ə qədər sürətləndi.

Eyni zamanda, vurğulayıb ki, idxalda xüsusi çəkisi yüksək olan malların, o cümlədən şəxsi istifadə üçün olan məhsulların, yuyucu və təmizləyici məmulatların, tikinti materiallarının, dərman vasitələrinin qiymətlərində artımın sürətlənməsi davam edir.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrünə nisbətən 113,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən isə 115,6 faiz olub.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN