“Sənədsiz evlər və ya özbaşına tikililərlə bağlı problem uzun illərdən bəri gündəmdə olan və vətəndaşları narahat edən məsələlərdəndir”.

Bu fikri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Hüquq departamentinin direktoru Lalə Əkbərova sənədsiz evlərin qeydiyyata alınması probleminin həlli yollarından danışarkən bildirib. 

Hüquqşünas qeyd edib ki, özbaşına tikintilərin müəyyən olunması və sənədləşdirilməsi irimiqyaslı bir iş olduğundan müəyyən müddət tələb edir və yalnız bir dövlət qurumundan asılı deyil.

“Belə ki, bu istiqamətdə görülən və görüləcək tədbirlər Əmlak Məsələləri Dövlət Xidməti ilə yanaşı, həmçinin, digər aidiyyəti dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin də məsuliyyət dairəsinə aiddir.Yəni özbaşına tikinti probleminin həlli üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyəti zəruridir”, - deyə o, bildirib.

O, diqqətə çatdırıb ki, hal-hazırda problemin həlli istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir.

Lalə Əkbərova qeyd edib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda 14 oktyabr 2016-cı il tarixli dəyişikliyə uyğun olaraq, 1 yanvar 2013-cü il tarixinə (Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək) qədər tikilmiş, hündürlüyü 12 metrədək olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mülkiyyətdədirsə və təyinatı yaşayış evinin tikilməsinə yol verirsə, evin qeydiyyatı yalnız həmin torpaq sənədi əsasında aparılır.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA