Zəngəzur dəhlizinin açılması Asiyadan Avropaya və Şimali Afrikaya ən qısa quru yolu təmin etməklə yanaşı, Çin və Uzaq Şərqə beynəlxalq avtomobil daşımalarının imkanlarını genişləndirə bilər.

Bunu Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kafedrasının professoru Safiddin Jurayev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ölkələrimiz üçün əhəmiyyətindən danışarkən bildirib.

O, xatırladıb ki, təkcə son 10 ildə Çindən Avropaya konteyner daşımalarının 40 dəfədən çox artması Mərkəzi Asiyanın tranzit potensialının tam reallaşdırılmasının vacibliyini sübut edir.

“Yüklərin yalnız 1%-i dəmir yolu ilə daşınır. Malların daşınma müddəti azalacaq, daşınma xərcləri isə iki dəfə aşağı düşəcək”, - deyə o, diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət əvvəl Qırğızıstanın Strateji Təhlil və Proqnozlaşdırma İnstitutunun elmi işçisi və aparıcı eksperti Dastan Tokoldoşev Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinin əhəmiyyətindən danışarkən qeyd edib ki, dəmir yolunun tikintisi planının həyata keçirilməsinin çətinliklərini də nəzərdən qaçırmaq olmaz.

Onun sözlərinə görə, bütün çətinliklər, əsasən, nəzərdən keçirilən layihənin artan maliyyə dəyəri ilə bağlıdır, çünki təklif olunan marşrutun əhəmiyyətli hissəsi dağ silsilələrindən keçir, kifayət qədər uzun tunellər tikmək lazım gələcək.

Lakin o, əlavə edib ki, “Bununla belə, maliyyə resurslarının layihədə iştirak edən bütün tərəflər arasında bərbər və ədalətli bölüşdürülməsi bu problemi həll edəcək”.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN