Macarıstan Rusiya-Ukrayna müharibəsinə görə ən çox sıxıntı yaşayan ölkələrdəndir.

Yeddi ölkə ilə sərhədi olsa da, dənizə çıxışı olmadığı üçün limanı da yoxdur.

Bu fikri iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Macarıstanın enerji təhlükəsizliyi yalnız boru kəmərlərinin ümidinə qalıb, hansı ki, həmin kəmərlərin də əksəriyyəti Rusiyadan gəlir.

“Buna görə də Avropanın Rusiyaya sanksiyalarına əngəl olmağa çalışan əsas ölkə məhz Macarıstandır”, -deyə bildirib.

O, diqqətə çatdırıb ki, müharibənin Macarıstan üçün yaratdığı problemin həllində hazırda ən münasib ölkələrdən biri Azərbaycandır, çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidi.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN