Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilmişdir.

Beləliklə, qərar verilmişdir ki, gediş haqqı 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Bəyan edilmişdir ki, tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək...

Əlbəttə, avtobus və metroda gediş haqqının artırılması sərnişinlərin heçdə ürəyincə olmadı. Təsəvvür edin, bir gündə iş yerinə, yaxud təhsil aldığı müəssisəyə gedən hər hansı bir şəxs, gün ərzində 2, bəzən də 3 nəqliyyat vasitəsindən istifadə etməli olur (Paytaxta isə hər gün Sumqayıtdan və digər qəsəbələrdən gələnlər var). Geri dönüş üçün də eyni sayda... Belə olan halda, hər gün büdcəsinə 40-60 qəpik arası ziyan dəyir. Bu isə 26 gündə 10.40 və yaxud 15 manat 60 qəpik əlavə itki deməkdir. Bu isə qəpiyi-qəpiyinə calayıb dolanan vətəndaşlar üçün heç də az məbləğ deyil...

Tarif Şurasının sərnişindaşımada son qiymət artımı qərarına, həmişə vətəndaşların haqqını qoruyan millət vəkili Razi Nurullayev də münasibət bildirib.

O da vurğulayıb ki, vəndaşlarımızın qazancı yoxdur.

“ Əhalinin əsas hissəsi ictimai nəqliyyatdan istifadə edir. İctimai nəqliyyatdan istifadə edənlər, əsasən kasıb təbəqədir. Onlar 5-10 qəpiyini belə hesablayır. O baxımdan, təbii ki, onların büdcəsinə kifayət qədər mənfi təsir göstərəcək”, -deyə qeyd edib.

R.Nurullayev onu da diqqətə çatdırıb ki, bir müddət əvvəl təqaüdlərin artırılması və arxasınca ictimai nəqliyyatda baş verən qiymət artımı arasında da bir əlaqə ola bilər:

“Sərnişindaşımanın qiymətini artıran Tarif Şurasının üzvləri bu addımı atarkən tələbələrin də ciddi sosial çətinliyə düşə biləcəyini dərindən götür-qoy etməliydilər”, - deyə millət vəkili iradını bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN