Azərbaycanda isə ötən il ÜDM 13292,2 manat olub.

Gürcüstanın Milli Hökumət Administrasiyasının məlumatına əsasən, cari ilin sonunadək ölkədə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 8 min dollar təşkil edəcək.

 Beynəlxalq Valyuta Fondunun ortamüddətli proqnozuna görə, 2027-ci ilə qədər Gürcüstan iqtisadiyyatı adambaşına gəlirin məbləği 10 000 dollar həddi keçəcək və ən azı 10 540 dollar təşkil edəcək. 2030-cu ilə qədər isə bu rəqəm 15 000 dollara çatacaq. Bundan sonra Gürcüstan yüksək gəlirli ölkələrin sırasında qərarlaşacaq.

TEZADLAR.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,6% təşkil edib və ÜDM-in nominal həcmi 133,8 milyard manat təşkil edib. Beləliklə, ötən il, ölkədə adambaşına ÜDM 13292,2 manat olub. Bu isə təqribən 7 818 ABŞ dolları deməkdir.

Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasına gğrə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2023-2025-ci illərdə orta hesabla təxminən 1.5 % artacaq.

Lakin Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2,7%, optimist ssenaridə - 3,3% təşkil edəcək.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN