Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Trans-Anadolu” təbii qaz kəməri TANAP-dan təbii qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycanla birlikdə hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.

  R.T.Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Macarıstan prezidenti Katalin Novak ilə paytaxt Ankaradakı Prezident İqamətgahında görüşüb.

 TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, dövlət başçılarının ikitərəfli görüşdən sonra ortaq mətbuat konfransı keçirilib.

  Həmkarının 6 fevral zəlzələlərindən sonra həmrəylik nümayiş etdirmək və ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Türkiyəyə səfər etdiyini söyləyən Ərdoğan dəstək və yardıma görə Macarıstan hökumətinə və dost macar xalqına təşəkkür edib.

  K.Novakla söhbətində Türkiyə-Macarıstan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdiklərini deyən Ərdoğan istər ticarət, istər hərbi, istər iqtisadi, istərsə də mədəni əlaqələrin hamısını dəyərləndirmək üçün fürsəti əldə etdiklərini bildirib: “Türkiyə-Macarıstan əlaqələrini genişləndirilmiş strateji tərəfdaşlıq əsasında bütün sahələrdə daha da möhkəmlənmək istiqamətində birgə çalışacağıq”.

  Türkiyə prezidenti Macarıstanın paytaxtı Budapeştdə dekabrda birlikdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI Toplantısını keçirəcəklərini söyləyib.

  Ərdoğan onu da bildirib ki, “Trans-Anadolu” təbii qaz kəməri TANAP-dan təbii qazın Macarıstana çatdırılması ilə bağlı Türkiyə Azərbaycanla birlikdə hər cür dəstəyi verməyə hazırdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN