2021-ci ilin avqust ayından sonra sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.
Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
Ekspert banklarda əhalinin əmanət qoyuluşunun həcminin bu qədər azlma səbəbini depozit gəlirlərinin vergiyə cəlb olunması ilə izah edib.
"Əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub", - deyə diqqətə çatdırıb.
Lakin iqtisadçı növbəti aylarda bu geriləmənin aradna qalxacağını da proqnozlaşdırır və buna baxmayaraq, bank sektorunda iştirakçılar ilə kommunikasiyanın da vacibliyini tövsiyə edir:
"Bu baxımdan, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir. Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var", -deyə o, bildirib.
***
Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi.
Bu müddət 2023-cü ilin fevralın 1-də bitdi və uzadılmadı.
Millət vəkili Vüqar Bayramov öncəki açıqlamalarında bank sektorunda bununla bağlı yarana biləcək mənfi hallar barədə də xəbərdarlıq etmiş və təklif irəli sürmüşdü.
O, diqqətə çatdırmışdı ki, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər.
"Bu, milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artıb. O baxımdan, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”, - deyə bildirmişdi
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN