Avropada Ukraynadan taxıl axınından daha çox narazı olanlar var, Kiyev buna görə tezliklə dəstəyi itirə bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazır.

Məsələ burasındadır ki, Polşa və digər dövlətlər dünya bazarlarına taxıl ixrac etməkdə Ukraynaya yardım etməyə razılaşıblar.

"Bu tədarüklərin bəziləri indi Şərqi Avropada yığılır və yerli sakinlərin dolanışığını təhdid edir", - deyə məqalə müəllifləri izah ediblər.

Nəşr yazır ki, Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Bolqarıstanda fermerlər maliyyə çətinlikləri yaşamağa başlayıblar, çünki onlar Ukrayna taxılına görə öz ehtiyatlarını sata bilmirlər.

Bloomberg yazır ki, bu problem Avropa bazarlarında sabitliyi pozmaq təhlükəsi yaradır, bu baxımdan, Avropa Birliyinin şərq bölgəsindəki siyasətçilər Ukraynaya dəstək verəcəyinə şübhə ilə yanaşırlar.

Bundan əlavə, tezliklə seçkilərin keçiriləcəyi Polşa və Slovakiyada narazı fermerlər Kiyevdən çox, öz xalqının dəstəyinə üstünlük vermək niyyətində olanlara səs verə bilərlər.

Bundan əvvəl məlumat verilmişdi ki, Şərqi Avropa ölkələri Aİ-dən Ukrayna taxılına görə rüsumları qaytarmağı tələb ediblər. Bolqarıstan, Macarıstan, Polşa, Slovakiya və Rumıniyanın baş nazirləri Avropa Komissiyasının sədrinə ünvanlanmış birgə məktubda fermerlərin mallarının qiymətlərinin yüksək olması səbəbindən Ukrayna məhsullarının ölkəyə axınını dayandırmağa çağırıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN