Paytaxt bazarlarında soğanın qiyməti bahalaşıb.

Meyvə-tərəvəzin ən ucuz satıldığı hesab olunan 8-ci kilometrdəki bazarda hazır şəkildə 5 kiloqramlıq torbalarda satılan soğan alıcılara 6 manata təqdim olunur. 

Təzə çıxmış xırda kartofun kiloqramı 80 qəpiyə, Belarus kartofu 90 qəpiyə, yerli kartofun qiyməti isə  1 manat 20 qəpikdən 1 manat 50 qəpik arası dəyişir.

Qeyd edək ki, bu, aprel ayının ilk günlərində aparılmış müşhidənin nəticəsidir.

Xatırladaq ki, ötən il də aprel ayının ilk 10 günlüyündə həmin bazarda soğan və kartofun qiyməti ilə bağlı müşahidə aparmışdıq.

Belə ki, satıcılar soğan kisələrini 23-26 manata təklif edirdi - kiloqramla qiymətinin 80 qəpik, 1 manat təşkil edəcəyini deyirdilər…Piştaxtalara yığılmış sarı qabıqlı soğanın qiyməti 1 manata, 1 manat 20 qəpiyə, qırmızı soğan isə 2 manata təklif olunurdu. 

Göründüyü kimi, o zaman iri kisələrdə satılan soğanın kiloqramı daha ucuz idi.

Diqqətinizə çatdıraq ki, ötən il bazarda yerli soğan indikindən daha bol nəzərə çarpırdı.

Fernerlərin sözlərinə görə, təsərrüfatlarda təzə soğan ayın sonuna  kimi, bazarlara çıxarılacaq və bundan sonra ucuzlaşma baş verəcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN