Əmək hüququ ilə məşğul olan, bu hüququ izah və ya tədbiq edən, bu barədə qərar qəbul edən bir çox vəzifəli şəxslər Əmək Məcəlləsinin 79.2-ci maddəsini əsas tutaraq hesab edirlər ki, Əmək müqaviləsinin müddəti qurtaran və əmək qabiliyyətini müvəqqəti itirən işçilərin (xəstəlik vərəqəsi olduğu olduğu müddət ərzində) Əmək müqaviləsi ləğv edilə bilər.
Bu fikri TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev bildirib.
O, praktikasında bu barədə qanuni və ədalətli qərar qəbul edən hakimlərə, yanlış düşünən mütəxəssislərə və səhv qərar qəbul edən hakimlərə də rast gəldiyini diqqətə çatdırıb.
"Belə ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən,
Əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən işçilər və hallardan biri də İşəgötürən tərəfindən: "Əmək qabiliyyətini müvəqqəti itirən işçilərdir". Yəni, bu işçilərlə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməz.
Əmək Məcəlləsinin 79.2-ci maddəsinə əsasən isə: bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 73-cü (əmək müqaviləsinin müddəti qurtaran halda) maddəsi ilə xitam verilən hallara şamil edilmir.
Məhz bu maddəni əsas tutaraq bir çoxları hesab edir ki, xəstəlik vərəqəsi alan və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə bu işçilərlə əmək müqaviləsi, əmək müqaviləsinin müddəti bitdiyi vaxtda ləğv edilə bilər", - deyə bildirib.
Hüquqşünas vurğulayıb ki, əgər işçi əmək qabiliyyətini müvəqqəti itiribsə və bununla bağlı tibbi sənədi mövcuddursa, yalnız həmin işçi işə döndükdən sonra əmək müqaviləsinə xitam verilə bilər:
"Lakin, bir faktı yaddan çıxarırlar ki, əlbəttə əmək müqaviləsinin müddəti qurtardıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər bə bu mübahisəsizdi. Lakin Əmək müqaviləsinin müddəti qurtarmış işçi, əgər əmək qabiliyyətini müvəqqəti itiribsə və xəstəlik vərəqəsi və ya müvafiq digər tibbi sənəd alıbsa, bu işçi ilə Əmək müqaviləsi İşəgötürən tərəfindən yalnız həmin işçi işə çıxdıqdan sonra ləğv edilə bilər. Bu halda Əmək müqaviləsinin ləğvi qaydası da Əmək Məcəlləsinin 73.2-ci maddəsində aydın göstərilib: İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər", - deyə açıqlayəb.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN