Milli Məclisin bu günki plenar iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Saziş təsdiq olundu.
Bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur.
"Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək", - o, açıqlayıb.
Vüqar Bayramov son illər türk dövlətləri ilə ticarət əlaqələrimizin dəfələrlə artmasına da diqqət çəkib:
"Son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.
Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistan ilə dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. Ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar çatıb. Özbəkistan ilə ticarətimizdəki 64.0 faizlik artım birgə dövriyyəmizi 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər Türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb. 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib", - deyib.
Onun sözlərinə görə, ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır.
Həmçinin vurğulayıb ki, Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər və ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir - 21-ci əsr Türk dünyasının əsridir.
***
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Elazığ Fəlakət Evlərinin Təməlatma və Məişət Binalarının Açar Təslim mərasimindəki çıxışı zamanı vurğulayıb ki,  "Zəlzələ binalarımızı dağıda bilər, canımızı ala bilər. İqtisadi çətinliklər yükümüzü artıra bilər. Amma heç bir şey bizim imanımızı, qətiyyətimizi, ümidimizi ala bilməz, “Türkiyə əsri”nin qurulması əzmimizə mane ola bilməz".
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN