Onların bəziləri yenidən Rusiya bazarına dönəsi olub, amma başqa ad və başqa ölkələrin istehsalı ilə...

***

Rusiyanı tərk edən və fəaliyyətlərini dayandıran xarici brendlər ümumilikdə 2 milyard dollaradək itiriblər.

Bu, Rusiyalı iqtisadçıların hesablamaları nəticəsində ortaya çıxıb.

Baş verənlərlə bağlı “Kommersant” yazır: "Məsləhətçilərin qiymətləndirməsinə görə, Rusiyada biznesini məhdudlaşdıran və ya müvəqqəti olaraq dayandıran xarici pərakəndə istehlakçı brendləri ümumilikdə iki milyard dollaradək itirə bilər".

Əksər xarici brendlər “öz istəkləri ilə və ya biznesin təşkili ilə bağlı çətinliklərə görə” Rusiya bazarını tərk etmək qərarına gəliblər, beləliklə, 2022-ci ilin fevral ayından etibarən 180-dən çox xarici pərakəndə satış şəbəkəsi Rusiyada fəaliyyətlərini məhdudlaşdırıb.

Qəzet yazır ki, İsveçin H&M, İspaniyanın Inditex (brendləri Zara, Bershka, Massimo Dutti və başqaları) və İsveçdə yerləşən Hollandiyanın IKEA istehsal və pərakəndə satış qrupu ən çox itkiyə məruz qalıb - birlikdə onlar 1 milyard dollardan çox itiriblər.

Nəşr dəqiqləşdirib ki, şirkətlərin demək olar ki, yarısı logistik çətinliklər, eləcə də bəzi ölkələrlə əməliyyatlarda iqtisadi məhdudiyyətlər səbəbindən Rusiyanı tərk edib.

***

Onu da qeyd edək ki, artıq bəzi brendlərin Rusiyaya dönəcyi barədə məlumatlar yayılıb. Belə ki, Rusiya  Sənaye və Ticarət Nazirliyi keçmiş Zara mağazalarının aprel-may aylarında ölkədə yeni adla açılacağına da bəyan edib.

Qeyd edilib ki, Rusiyadan çıxan Inditex şəbəkəsinə (Zara, Pull & Bear, Massimo Dutti, Bershka və digər brendlər) aid olan satış məntəqələri Maag, Dub, Ecru, Vilet adlanacaq. Artıq müvafiq etiketləri olan yeni kolleksiyalar tikilərək Rusiyaya gətirilib. 

Nəzərə çatdırılıb ki, bu şəbəkənin mağazalarını ofisi “dost ölkələrdən birində” yerləşən “Fashion and More Management” şirkəti alıb və müqavilə hökumət komissiyası tərəfindən təsdiqlənib, lakin onun məbləği məlum deyil. Açıqlamadan məlum olur ki, 2022-ci ilin mart ayında Rusiyadakı mağazalarını bağlayan və oktyabrda Rusiya bazarından son olaraq çıxdığını elan edən Inditex-in brendləri yeni adlarla bu ölkəyə qayıdacaq: Bershka Ecru, Zara Maag, Pull&Bear isə DUB olacaq.

Nazirlik vurğulayıb ki, həmin mallar İtaliya, İndoneziya və Banqladeşdə deyil, dost Çin və Türkiyədə tikiləcək. Bu şəbəkələrin ayrılan markalarla əlaqəsi tam aydın deyil. Mağazalar, ehtimal ki, əvvəlki yerlərdə yenidən açılacaq. Artıq şirkətlər işçilərə zəng edərək mağazalara qayıtmalarını xahiş edirlər. Bundan əlavə, yeni satıcılar işə götürülür.

 

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN