Rusiya Pensiya Fondunun (RPF) 2022-ci ilin sonunda təxminən 122 milyard rubl kəsirlə (defisit) proqnozlaşdırılan büdcəsi 1,1 trilyon rubl profisitlə icra edilib.

Bu barədə Rusiya Federasiyasının Hesablama Palatasının 2022-ci ilin yanvar-dekabr ayları üçün RPF büdcəsinin icrasına dair analitik qeydində deyilir. 

 Hesablama Palatasından verilən məlumata görə, fond vətəndaşlar qarşısında bütün sosial öhdəlikləri yerinə yetirib, maliyyə problemi olmayıb (tass).

 Rusiya Pensiya Fondunun (RPF) 2022-ci ilin sonunda təxminən 122 milyard rubl kəsirlə proqnozlaşdırılan büdcəsi 1,1 trilyon rubl (1 trilyon rubl təxminən 21378406900.98 manatdır) profisitlə icra edilib.

2022-ci il üçün RPF-nin xərcləri 11,4 trilyon rubl təşkil edİb ki, bu, əvvəlki illə müqayisədə 12,3% çoxdur. Bu, 2022-ci ildən fonda 16 müavinət və vətəndaşların ayrı-ayrı kateqoriyalarına sosial dəstək tədbirlərinin ödənilməsi, dövlət və sığorta pensiyalarının və digər sosial müavinətlərin indeksləşdirilməsi ilə bağlı yeni səlahiyyətlərin verilməsi ilə bağlıdır.

 Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən Sosial Sığorta Fondu (SSF) və Rusiyanın Pensiya Fondu Rusiyanın Sosial Fonduna birləşdirilib.

 Xatirladaq ki, profisit – defisitin, yəni kəsirin əksi olan iqtisadi hadisədir. Yəni, büdcə artıqlığı deməkdir.

 Onu da əlavə edək ki, Azərbaycanda 2022-ci il icmal büdcəsinin gəlirləri 42 milyard 289,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 5 milyard 528,6 milyon manat və ya 15 faiz, 2021-ci illə müqayisədə isə 8 milyard 385,8 milyon manat və ya 24,7 faiz çoxdur.

İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 milyon manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5 milyard 70,5 milyon manat və ya 16,9 faiz çoxdur.

Ötən ilin icmal büdcəsində 7 milyard 228,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Bu da proqnoza nisbətən 6 milyard 108,5 milyon manat və ya 6,5 dəfə çoxdur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN