İşçiləri əmək hüquqlarının pozulma səbəblərindən biri cavabdehlik daşıyan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmamasıdır.
Bu barədə TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev məlumat verib.  
Hüquqşünasın sözlərinə görə, praktika göstərir ki, işçilərin əmək hüquqları daha çox aşağıdakı sahələrdə pozulur, bunun əsas səbəblərindən biri əmək qanunvericiliyini pozan vəzifəli şəxslərin intizam, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamasıdır:
"1. Əmək müqavilələrinin müddətli bağlanması, xüsusən də daimi xarakter daşıyan işlərdə.
2. Əmək haqqının ödənilməsində, xüsusən də fəhlə və qulluqçularla, rəhbər işçilər arasında kəskin fərqin, diskriminasıyanın olması.
3. Müxtəlif təzyiq vasitəsi ilə ərizə yazdırmaqla, öziradəsi əleyhinə işçilərin işdən azad edilməsi.
4. Əmək xəsarətinin qeydə alınmaması.
5. Əmək xəsarəti ilə əlaqədar işçiyə dəyən ziyanın ödənilməsindən yayınma
6. Əmək qanunvericiliyi ilə nəzərdə tutulmayan hallarda işçilərin müsahibə, test, imtahanlara cəlb olunmaqla işdən azad edilməsi.
7. Sadə bir intizam xətasına görə işçinin işdən azad edilməsi.
8. Normadan artıq, istirahət, bayram və digər qeyri iş günlərində əmək haqqının ikiqat məbləğdə ödənilməməsi.
9. Zərərli işə görə, gecə, dəniz əmsalının, susuzluğa görə və digər əmək haqqının düzgün ödənilməməsi.
10. Güzəştli şərtlərlə pensiya təminatı.
11. İşçilərin nəqliyyatla əlaqədar problemləri.
12. İşçilərin xüsusi geyimləri və gücləndirici yeməklərlə təmin olunmasında olan problemlər.
13.İşçilərin Əmək müqaviləsində göstərilməyən işlərə cəlb edilməsi.
14. Yemək pulunun az olması. (3 Manat)
15. İş yerində əlillər üçün müvafiq iş şəraitinin yaradılmaması, işə düzəlməkdə çətinlik çəkən və kvota ilə nəzərdə tutulan işçilərin əmək hüquqlarının pozulması və sair", -deyə diqqətə çatdırıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN