Bu gün Moskva birjasında dollar yenidən bahalaşaraq 81,68 rubla yüksəlib. Amma avro və yuanın məzənnələri, çox olmasa da  yenə də mövqelərini itirir.

Belə ki, Moskva Valyuta Birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi 6,75 qəpik bahalaşaraq 81,68 rubl təşkil edib.

Avro isə 1 qəpik ucuzlaşıb, hazırda Avropa valyutası 88,84 rubla satılır.

Çin valyutası yuan d ticarətin başlanğıcında 0,7 qəpik itirib və hazırda 11,84 rubl təşkil edir.

Xatırladaq ki, bir müddət öncə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul etdi.

Azərbaycan Mərkəzi Bankınn ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, indi xarici valyuta alıcılarının sayı artmaqdadır.

Manat da avroya nisbətən dəyər itirməkdədir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4.0 faizə yaxın ucuzlaşıb. Son yarım ildə isə manat avroya nisbətən 10.0 faiz dəyər itirib.

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN