Azərbaycanla Türkiyənin qardaşlığı təkcə siyasətdə və iqtisadiyyatda deyil, həm də hərbi sahədə özünü göstərməkdədir...

Belə ki, Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək. Bu barədə Türkiyənin "Baykar" şirkəti məlumat yayıb. Məlumatda deyilir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar. Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Bəli. Bu artıq düşmənlərə bir siqnal, dostlara isə müjdədir. Artıq Azərbaycanın hərbi sənayesində istehsal olunan məhsulların sayının daha da çox və sanballı olduğunu görmək olar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN