Bir çox insanı narahat edən sual: Qohumuma, ailə üzvümə mənzil, torpaq sahəsi... hədiyyə edən zaman hər hansı vergi ödəməliyəmmi?  

Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Qeyd edilir ki, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Xidmət vətəndaşların diqqətinə çatdırır ki, yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azad olduğu üçün sorğunuzda qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN