Bu ilin yanvar-mart aylarında ölkəyə 32 443,03 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub.

Tezadlar.az xəbər verir ki, vergiler.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 10 532,67 min dollar və ya 48,1 faiz artıb.

Cari ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 8 219,47 min dollar və ya 2 dəfədən çox artıb. Martda ölkəyə 15 783,64 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin ilk rübündə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,81 faizə bərabər olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-mart aylarında ölkədə 52,2 milyon manat dəyərində mebel istehsal edilib. Bu, bir il öncəki müvafiq göstəricini 6,1 faiz üstələyir.