Qazaxıstan İkinci Dünya müharibəsində alman faşizmi üzərində Sovet İttifaqının qazandığı Qələbənin 78-ci ildönümü şərəfinə veteranlara azı 1,5 milyon tenge məbləğində birdəfəlik maddi yardım verir.

Bu barədə Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Qazaxstan Respublikasında hazırda 222 müharibə veteranı, həmçinin müharibə dövründə aldığı xəstəliklə əlaqədar əlil olmuş və qələbənin qazanılmasında əməyi olan 60 106 digər vətəndaş yaşayır.

Məlumata görə, müharibə zamanı 1 milyon 200 mindən çox qazaxıstanlı cəbhəyə çağırılıb, 20-dən çox atıcı diviziya və digər birləşmələr yaradılıb. Hərbi xidmətlərinə görə yüz minlərlə qazaxıstanlı medal və ordenlərlə təltif edilib, 500-ə yaxın insan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Dörd qazaxıstanlı iki dəfə qəhrəman olub, 110 nəfər üç dərəcəli “Şöhrət” ordeni ilə təltif edilib.

Müharibəyə yollanan hər ikinci qazaxıstanlı Qələbə uğrunda canından keçib. 630 min insan əsirlikdən qayıtmayıb.

Qeyd edilr ki, pensiya və digər sosial ödənişlərin həcmi ildən-ilə artır. Digər sosial ödənişlərdən asılı olmayaraq 20 kateqoriyadan olan vətəndaşlara (müharibə iştirakçıları, arxa cəbhənin əməkçiləri, reabilitasiya olunmuş vətəndaşlar və s.) xüsusi dövlət müavinəti verilir.

2023-cü il mayın 1-nə pensiyalar nəzərə alınmaqla alınmış aylıq sosial ödənişlərin orta ümumi məbləği:

- İkinci Dünya Müharibəsi iştirakçıları üçün - 220 754 təngə (təqibən 833 manat) (161 nəfər);

- İkinci Dünya Müharibəsi zamanı xəsarət, kontuziya, zədə və ya xəstəlik nəticəsində əlilliyi olan şəxslər üçün - 229 286 tenge (təqribən 865 manat) (61 nəfər);

- digər dövlətlərin ərazisində (Əfqanıstanda, Vyetnamda, Əlcəzairdə, Misirdə, İraqda və s.) hərbi əməliyyatların veteranları üçün - 215 201 tenge (25 752 nəfər);

- İkinci Dünya Müharibəsi iştirakçılarına müavinətlərə bərabər tutulan şəxslər üçün - 182 782 təngə (3 648 nəfər);

- İkinci Dünya Müharibəsi zamanı xəsarət, kontuziya, zədə və ya xəstəliklə əlaqədar əlillərə müavinətlərə bərabər tutulan şəxslər üçün - 140 838 tenge (14 424 nəfər);

- İkinci Dünya Müharibəsi illərində cəbhə işçilərinə - 148 892 tenge (57 436 nəfər) nəzərdə tutulub.

Əmək Nazirliyindən əlavə ediblər ki, veteranlara əlavə sosial dəstək tədbirləri də həyata keçirilir.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə həyatda olan İkinci Dünya müharibəsi iştirakçılarının sayı 96 nəfər olub. Ötən il İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödənilib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN