Aİ ölkələri Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı yeni sanksiyaları müzakirə edir.

Reuters insayderlərinin iddiasına görə, Rusiyaya qarşı indiyədək tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək edən Çin, İran, Qazaxıstan və Özbəkistan şirkətləri də “qara siyahı”ya düşə bilər.

   Reuters –in məlumatına görə, mayın 10-da Avropa İttifaqı dövlətləri Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar yeni sanksiyaları müzakirə edir və bu sanksiyalar üçüncü ölkə şirkətlərini hədəfə alacaq. Nəticədə  ticarət məhdudiyyətlərini pozduğuna görə onlara ixracı məhdudlaşdıracaq.

Avropa Komissiyasının sədri Ursula von der Leyen daha əvvəl  “Əgər görsək ki, Avropa İttifaqından mallar üçüncü ölkələrə gedir, sonra isə Rusiyaya gedir, biz üzv ölkələrə bu malların ixracını sanksiyalaşdırmağı təklif edə bilərik. Bu alət son çarə olacaq və ondan ehtiyatla istifadə olunacaq” , -deyə bildirmişdi.

Agentliyin Avropa Komissiyasının hazırladığı təklifi ilə tanış olan diplomatik mənbələr bu təklifə Çin, İran, Qazaxıstan və Özbəkistandan olan “onlarla” yeni şirkətin “qara siyahı”ya salınmasını ehtiva etdiyini bildirib.

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN