Mərkəzi Bank əhali və biznes subyektləri arasında risk üzrə maarifləndirmə və təbliğat-təşviqat tədbirləri keçirmək istiqamətində İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə genişmiqyaslı layihə həyata keçirir.

Bu fikri Mərkəzi Bankın Sığorta faəliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Vüsal Qurbanov daşınmaz əmlakın sığortalanması ilə bağlı KİV-ə verdiyi açıqlamada bildirib.

O, vurğulayıb ki, fiziki şəxslərin və sahibkarlıq subyektlərinin daşınmaz əmlakının icbari sığortası, ilk növbədə, onların maliyyə dayanıqlığının təmin edilməsinə yönəlib.

Vüsal Qurbanovun sözlərinə görə, Mərkəzi Bankın İSB və ASA ilə birgə həyata keçirdiyi layihə çərçivəsində risklər və müxtəlif sığorta xidmətləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası ilə bağlı maarifləndirmə işləri davam etdirilir və bu istiqamətdə aparılan davamlı işlər nəticəsində ölkədəmizdə daşınmaz əmlakın icbari sığortası sahəsində artım müşahidə olunmaqdadır.

Departament direktoru onu da əlavə edib ki, hazırda daşınmaz əmlakın icbari sığortası ilə bağlı təkmilləşdirmə işləri qabaqcıl beynəlxalq təcrübələr əsasında davam etdirilir və bunun nəticəsində sığorta xidmətinə əlçatanlıq daha da artacaq.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Aşağıdakılar icbari sığortaya cəlb olunmur:

sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi daşınmaz əmlak;

tikintisi başa çatmayan daşınmaz əmlak;

qəzalı vəziyyətdə olan daşınmaz əmlak;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN